Almaniya ordunun sayını artıracaq

Almaniyanın hakim koalisiyasına daxil olan tərəflər Rusiya təhlükəsi qarşısında silahlı qüvvələrin sayının necə artırılması barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, plana əsasən, bütün gənc kişilər 18 yaşına çatdıqdan sonra xidmət etmək istəkləri və qabiliyyətləri barədə anket doldurmalı və 2027-ci ilin yayından etibarən tibbi müayinədən keçməlidirlər.
Anket 18 yaşdan yuxarı hər kəsə göndəriləcək, lakin doldurulması qızlar üçün könüllü olacaq.
Hakim koalisiya könüllüləri cəlb etməklə ordunun sayını artırmağa ümid edir, lakin kifayət qədər olmasa, hansısa formada hərbi xidmətə çağırışın bərpası məsələsini nəzərdən keçirəcək.
Müharibə olarsa, ordu ilk növbədə, mənəvi və fiziki cəhətdən xidmətə hazır olanları səfərbər edə biləcək.