Menyu

Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib

Operativ Media
Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, "Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə" ekspert görüşü keçirilib. 


Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.


Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər