Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rəşad Nəbiyev tviterdə bildirib.

"Göyçayda vətəndaşlarla görüşdük. Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayon sakinlərinin müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı. Digər müvafiq müraciətlərin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi", - nazir qeyd edib.

Digər xəbərlər