http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezidentin sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib

06 Mart 2023 , 17:33
Prezidentin sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib

Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, deputat Hicran Hüseynova və ölkənin ictimai-siyasiyi həyatında fərqlənən bir sıra qadınlar iştirak edib.

Daha sonra F.Əliyeva Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu oxuyub.

Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, ölkənin ictimai həyatında yaxından iştirak edən 21 qadın Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib: "Düşünürəm ki, bu onların həyatında ən əlamətdar günlərdən biridir. Bu həmin şəxslərin fəaliyyətinə verilən dəyərdir. Həmçinin gələcəkdə daha geniş işlərə ruhlandırmaq üçün etimaddır. Son üç ildə 47 qadın dövlət mükafatlarına layiq görülüb. Bu, Azərbaycan qadınlarına verilən qiymətdir. Onların Azərbaycan cəmiyyətində, dövlətin ictimai həyatında rolunun artırılmasına, daha çox cəmiyyət üçün çalışmasına, müxtəlif dəyərlərin bərqərar olmasına ruhlandırmaqdır. Sizi əmin edirəm ki, Dövlət Komitəsi olaraq bundan sonra da bütün Azərbaycan qadınları ilə birgə dövlətə, xalqa faydalı olmaq üçün çalışacağıq". 

Sonda təltif olunan qadınlara mükafatlar təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
Menyu