Menyu

FHN: Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib

Nərmin Qocamanlı
FHN: Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib

Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər