Menyu

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

Operativ Media
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb. 
Müdafiə Nazirliyinin müxtəlif idarələrində, eləcə də Milli Müdafiə Universitetində keçirilən görüşlərdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadr hazırlığı və qarşılıqlı fəaliyyətin artırılması, habelə regional və beynəlxalq təhlükəsizliyə dair geniş  fikir mübadiləsi aparıb, həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması və gələcək fəaliyyət planlarının razılaşdırılması məsələlərinə toxunublar.
Alt İşçi Qrupların sədrlərinin iclasın yekunu ilə bağlı məruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumi protokolu imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər