Menyu

Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri İlham Əliyevi təbrik edib

Operativ Media
Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri İlham Əliyevi təbrik edib

Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasındakı inkişaf proseslərini, ölkənin nailiyyətlərini diqqətlə izləyirik. Azərbaycanın yüksəlişi, bütün sahələrdə əldə etdiyi uğurlar bizim üçün qürur mənbəyidir.

Sizin qətiyyətli liderliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beşinci ildönümü qeyd edilən Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının bayramıdır. Sizin regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir.

Fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm."

Əlaqəli Xəbərlər