Menyu

Arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Nərmin Qocamanlı
Arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucovanın ötən il dekabrın 7-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Şəmkir rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, İbtidai istintaqla Mahəddin Atakişiyevin aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mahəddin Atakişiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər