Bakıda “Vergi və Mühasibatlıq Zirvəsi” öz işinə başladı

Nərmin Qocamanlı
Bakıda “Vergi və Mühasibatlıq Zirvəsi” öz işinə başladı

Bu gün “Rəqəmlərin ritmi” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” öz işinə başlayıb.

"Operativ Media" xəbər verir ki, forum “Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC, “Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, “Balli Bisi” şirniyyat evi və  "Pro Team Consulting & Outsourcing" şirkətinin dəstəyilə reallaşır.

Forum ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

4 moderator və 17 spiker "Rəqəmlərin Ritmi" şüarı ilə "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzular gün ərzində müzakirə olunacaq.

Qeyd edək ki, zirvənin informasiya dəstəkçiləri arasında Operativmedia.azİqtisadiyyat.az saytları da var.

Şəkil Qalereyası

Bakıda “Vergi və Mühasibatlıq Zirvəsi” öz işinə başladı - Şəkil 1
Bakıda “Vergi və Mühasibatlıq Zirvəsi” öz işinə başladı - Şəkil 2

Digər xəbərlər