10 Mart 2023, 17:34
Deputat: “Azərbaycanda ən çox fəhlələrin hüquqları pozulur”
Deputat: “Azərbaycanda ən çox fəhlələrin hüquqları pozulur” şəkil
Deputat: “Azərbaycanda ən çox fəhlələrin hüquqları pozulur”

“Azərbaycanda ən çox fəhlə sinfinin hüquqlarının pozulduğunu müşahidə edirik”.

Bu fikri Operativ Media-ya açıqlamasında millət vəkili Razi Nurullayev deyib.

Onun sözlərinə görə, təmir-tikinti sektorunda çalışan insanların iş şəraitinin keyfiyyətinin artırılmasına ehtiyac var: "Birincisi müxtəlif yerlərdə onlar əmək məcəlləsində nəzərdə tutulandan daha çox işlədilir. Deyək ki, əmək məcəlləsinə görə onlar gün ərzində 8 saat işləməlidir, amma biz görürük ki, 11-12, bəzən 13-14 saat  işləyənlər də var. Amma artıq işlədiyinə görə də əməkhaqqına heç bir əlavələr edilmir. Sadəcə nökər kimi işlədilir. İkincisi, işçilər günorta yeməyi ilə, isti yeməklə təmin olunmalıdır. Onların təhlükəsizliyi təmin edilməlidir. Müvafiq iş paltarları ilə təmin olunmalıdırlar. Fəhlələrə isti çay, kofe təşkil edilməli, hətta müəyyən istirahət yerləri də ayrılmalıdır. Amma əksər işçilərin istirahət yerləri olmur. 30-40 dəqiqəlik istirahət fasiləsinə buraxılanda da şəraitsiz bir yerdə siqaret çəkməklə vaxtlarını keçirirlər. Yəni, Azərbaycanda fəhlə sinfinin istirahəti üçün yaradılan şərait çox aşağı səviyyədədir. Təbii ki, işçilərin istirahət hüququnu yaxşı təşkil edən böyük şirkətlər var. Onlara sağ ol deyirik.  Amma ümumilikdə bu sahədə vəziyyətin yaxşılaşdırılmasına ehtiyac var. İşçi sinfin hüquqları kobud şəkildə pozulur". 

Millət vəkili bu sahədə işləyənləri öz haqlarını tələb etməyə çağırıb: "Təəssüf ki, bizdə işə götürülənlər də öz hüquqlarını tələb etməkdən uzaqdırlar. Bəlkə də iş müvəqqəti olur, daimi iş deyil, yaxud hüquqlarını bilmirlər. Amma onlar tələb etməlidir ki, hüquqları təmin olunsun. Buna onların tam haqqı çatır”.

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb