Menyu

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Operativ Media
Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Operativ Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində xidmət aparmaqdan qürur duyması xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edərək Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirmiş hərbi qulluqçular Hərbi Anda sadiq qalaraq yüksək döyüş ruhu, intizam və peşəkarlıq göstərmiş, ölkəmizin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz töhfələr vermişlər.

Xidmət dövründə əsgər və zabitlərimiz ən çətin tapşırıqları qətiyyətlə icra etmiş, birlik və həmrəylik nümayiş etdirmiş, sərhədçi gücü və iradəsini layiqincə təmsil etmişlər.

Ehtiyata buraxılan hərbi qulluqçular vətənə xidmətləri ilə qürurlu olduqlarını, zərurət yarandığı halda qazandıqları bilik və təcrübə ilə yenidən vətən sərhədlərinin mühafizə və müdafiəsinə hazır olduqlarını bildirmişlər. Bu, Azərbaycan əsgərinin sarsılmaz iradəsinin və milli ruhunun təzahürüdür.

“Vətənə xidmət şərəfdir!” şüarı altında hərbi xidmətlərini başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə görə təşəkkür edilmişdir.

Sonda xatirə fotoşəkilləri çəkilmiş, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilmiş və şəxsi heyət təntənəli şəkildə yola salınmışdır.

Fotogalereya

Əlaqəli Xəbərlər