Menyu

Astarada qadın meyiti aşkarlanıb

Nərmin Qocamanlı
Astarada qadın meyiti aşkarlanıb
1 dəq oxu

Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə məlumat daxil olub.

Baş prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

 

 

Əlaqəli Xəbərlər