Menyu

Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

Operativ Media
Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

Azərbaycanda ötən il hərbi xidmət əleyhinə cinayətlərin sayı 21,3 faiz azalıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

İclasda o da vurğulanıb ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962 – Etimad xətti” yaradılıb və fəaliyyət göstərdiyi 4 aylıq müddət ərzində həmin xətt vasitəsilə daxil olan 219 müraciətə baxılıb.

Qeyd edilib ki, ötən il ərzində hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, o cümlədən 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilib, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.

Əlaqəli Xəbərlər