Menyu

Ötən il Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 99,7 faizi açılıb

Operativ Media
Ötən il Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 99,7 faizi açılıb

2025-ci ildə Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizə yaxını açılıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 faizinin açılması təmin edilib.

Qeyd olunub ki, hesabat ilində hərbi xidmət əleyhinə cinayətlərin sayında 21,3 faiz azalma müşahidə edilib.


Əlaqəli Xəbərlər