Avtobusun altında qalan şəxs xilas edilib - FOTOLAR
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Operativ Media -ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Taleh Abidin oğlu Məhərrəmov “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas edilib.