Menyu

Ermənistan-Türkiyə sərhədində dəmir yolu xəttinin tikintisi davam edir

Operativ Media
Ermənistan-Türkiyə sərhədində dəmir yolu xəttinin tikintisi davam edir
1 dəq oxu

Ermənistan-Türkiyə sərhədində yerləşən dəmir yolu xəttində tikinti işləri davam etdirilir.

Operativ Media erməni mediasına istinadən xəbər verir ki, Türkiyənin Akyaka rayonunun rəhbəri İsmayıl Dəmirtaş Qars Vilayət Ümumi Məclisinin sədri Fuad Arslanla birlikdə sərhəddəki dəmir yolu sahəsinə baş çəkərək aparılan işlərlə tanış olub.

Dəmirtaş tikintini həyata keçirən şirkətin nümayəndəsindən işlərin hazırkı vəziyyəti, görülən tədbirlər və layihənin gedişatı barədə məlumat alıb.

O, həmçinin ərazidə davam edən işləri izləyib və məsul şəxslərlə müzakirələr aparıb.

Əlaqəli Xəbərlər