Menyu

Azərbaycanın 4 cüdoçusu Zaqreb Qran-Prisində mübarizəyə başlayır

Operativ Media
Azərbaycanın 4 cüdoçusu Zaqreb Qran-Prisində mübarizəyə başlayır
1 dəq oxu

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.

Operativ Media xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində 4 cüdoçumuz tatamiyə çıxacaq.

Qadınların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva 1/16 finalda xorvatiyalı Tihea Topolovets ilə qarşılaşacaq.

Kişilərdə isə 60 kq çəkidə yarışan Murad Muradlı Fransanı təmsil edən Luka Mxeidze ilə, 66 kq-da Nizami İmranov fransalı Daiki Buba,  Turan Bayramov isə almaniyalı Florian Böker ilə güclərini sınayacaqlar. Hər üç idmançı yarışa 1/16 final mərhələsindən başlayacaq.

Əlaqəli Xəbərlər