23 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
23 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının martın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,9 kiloqramdan artıq heroin, 11,4 kiloqramdan çox marixuana, 2 kiloqram tiryək, 4,5 kiloqramdan çox metamfetamin və 200 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Digər xəbərlər