Menyu

Durov: WhatsApp-ın təhlükəsiz olduğuna inanmaq üçün axmaq olmaq lazımdır

Operativ Media
Durov: WhatsApp-ın təhlükəsiz olduğuna inanmaq üçün axmaq olmaq lazımdır

Telegramın qurucusu Pavel Durov WhatsApp-ın təhlükəsizlik mexanizmlərini tənqid edib. 

Operativ Media xəbər verir ki, o, bu barədə paylaşım edib.

Bildirilib ki, 2026-cı ildə WhatsApp-ın təhlükəsizliyinə inanmaq üçün “tamamilə axmaq olmaq lazımdır”.

Durovun sözlərinə görə, WhatsApp-ın tətbiq etdiyi “şifrələmə” sistemi təhlil edildikdən sonra çoxsaylı hücum vektorları və təhlükəsizlik boşluqları aşkarlanıb.

Bu açıqlama Meta Platforms şirkətinə qarşı qaldırılan məhkəmə iddiası fonunda səslənib. 

Belə ki, MyBroadband nəşrinin yaydığı məlumata əsasən, beynəlxalq iddiaçılar qrupu Meta-nı məhkəməyə verərək, WhatsApp sahibinin istifadəçilərin demək olar ki, bütün şəxsi yazışmalarını saxlaya, təhlil edə və onlara çıxış əldə edə bildiyini iddia edib.

Əlaqəli Xəbərlər