Menyu

Azərbaycan Ordusunun hərbçiləri BƏƏ-də "Sülh Qalxanı - 2026" təlimində iştirak edəcək

Operativ Media
Azərbaycan Ordusunun hərbçiləri BƏƏ-də "Sülh Qalxanı - 2026" təlimində iştirak edəcək

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.

Əlaqəli Xəbərlər