Menyu

“WhatsApp” təhlükəsizliklə bağlı yayılan iddialara cavab verib

Operativ Media
“WhatsApp” təhlükəsizliklə bağlı yayılan iddialara cavab verib

“WhatsApp” şirkəti təhlükəsizlik iddiaları ilə dolaşan məlumatlara münasibət bildirib. 

Operativ Media xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Şirkətin açıqlamasında bildirilir ki, istifadəçilərin mesajları tamamilə şəxsidir:

Mesajlar cihazda şifrələnir və göndərilmədən əvvəl təhlükəsizliyə alınır.

Yalnız nəzərdə tutulan alıcı mesajın açarına malikdir.

WhatsApp və Meta üçün mesaj açarlarına heç bir şəkildə çıxış mümkün deyil.

Şirkət vurğulayıb ki, bu prinsiplərə zidd olan hər hansı iddia yanlışdır və istifadəçiləri çaşdırmamalıdır.

Qeyd edək ki, ötən gün Telegramın qurucusu Pavel Durov WhatsApp-ın təhlükəsizlik mexanizmlərini tənqid edib. 

Durovun sözlərinə görə, WhatsApp-ın tətbiq etdiyi “şifrələmə” sistemi təhlil edildikdən sonra çoxsaylı hücum vektorları və təhlükəsizlik boşluqları aşkarlanıb.

Əlaqəli Xəbərlər