DSX-nin Akademiyasına kursant qəbulu elan edilib
Operativ Media
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına kursant qəbulu elan olunub.
DSX-nin mətbuat mərkəzindən Operativ Media-ya verilən məlumata görə, birinci ixtisas qrupu üzrə “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına müraciət etmək istəyən namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, orta və ya orta-ixtisas təhsilli, həmçinin fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər DSX-nin Akademiyasına və ya yaxınlıqda yerləşən hərbi hissələrinə təqdim edilə bilər.
Daha ətraflı məlumatı DSX-nin dsx.gov.az rəsmi internet saytından ala bilərsiniz.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29 42A
Əlaqə nömrələri: (012) 372-16-20; (012) 493-62-47
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net