Menyu

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbə qəbul elan edir

Operativ Media
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin beşinci sinfinə şagirdlərin qəbulunu elan edir.

Operativ Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Qəbul imtahanı test üsulu ilə keçirilir. İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytında şəxsi kabinet yaradaraq elektron ərizə formasını doldurmalıdırlar.

Qeydiyyat 2026-cı ilin mart ayının 16-dək həyata keçiriləcəkdir. Tədris Azərbaycan bölməsi üzrə aparılır.

Qəbul qaydaları və digər suallarla bağlı Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edə bilərsiniz.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5

Rəsmi sayt: dsx.gov.az

Telefon: 012 554 92 44

Əlaqəli Xəbərlər