Menyu

WUF13-lə bağlı Bakı Olimpiya Stadionuna baxış keçirilib

Operativ Media
WUF13-lə bağlı Bakı Olimpiya Stadionuna baxış keçirilib

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) yüksək səviyyəli missiyası Azərbaycana səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə WUF13-ün rəsmi hesabında paylaşım edilib.

Səfər çərçivəsində Azərbaycanın aidiyyəti qurumları ilə missiya nümayəndələri arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı substantiv və əməliyyat xarakterli kompleks hazırlıq tədbirlərinə dair müzakirələr aparılıb.

Həftə ərzində Azərbaycanda maraqlı tərəflərlə missiya nümayəndələrinin görüşləri təşkil edilib, qarşıdan gələn tədbirin keçiriləcəyi məkana — Bakı Olimpiya Stadionuna baxış keçirilib.

Əlaqəli Xəbərlər