Azərbaycan BP ilə süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlı edəcək
Operativ Media
Azərbaycan BP şirkəti ilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirdik. Görüş zamanı insan kapitalının inkişafı və BP ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin logistika proseslərində "AZCON Holding"lə birgə fəaliyyət məsələlərini müzakirə etdik", – deyə nazir qeyd edib.