Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yeni tərkibdə formalaşdırılıb
Operativ Media
Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırılıb.
Operativ Media xəbər verir ki, parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deputatlar Eldar Quliyev, Mixail Zabelin, Sevinc Hüseynova, Naqif Həmzəyev, Rövşən Muradov, Soltan Məmmədov və Səbinə Salmanova daxil ediliblər.
İntizam komissiyasının tərkibinə isə Eldar İbrahimov, Asim Mollazadə, Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Səttar Möhbaliyev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Nizami Səfərov daxil ediliblər.
Hər iki qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.