Menyu

MN: Gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si tarixlərində keçiriləcək

Operativ Media
MN: Gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si tarixlərində keçiriləcək

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

"Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır".- məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər