https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Vilayət Eyvazov Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib

16 Mart 2023 , 14:30
67
Vilayət Eyvazov Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 15-də və 16-da Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, nazir əvvəlcə Şəmkir şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarından qəbula gələn 156 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 22-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan Putinlə danışıqlar aparacaq

Ərdoğan Putinlə danışıqlar aparacaq

Dənizkənarı Milli Park yaxınlığında oğlan meyiti tapılıb

Dənizkənarı Milli Park yaxınlığında oğlan meyiti tapılıb

Polis bayram günlərində də gücləndirilmiş iş rejimindəki xidmətini davam etdirəcək

Polis bayram günlərində də gücləndirilmiş iş rejimindəki xidmətini davam etdirəcək

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu