Menyu

Elvin Abbasov: Süni intellekt agentləri dövlət aparatında operativlik və şəffaflığı artırır

Ayşən Sadıxzadə
Elvin Abbasov: Süni intellekt agentləri dövlət aparatında operativlik və şəffaflığı artırır

“Süni intellekt agentlərinin dövlət idarəçiliyinə inteqrasiyası idarəetməni "reaktiv" yanaşmadan "proaktiv" rejimə keçirərək dövlət aparatının fəaliyyətini kökündən yeniləyir. Alqoritmik dürüstlüklə işləyən bu texnologiya insan amilindən qaynaqlanan kənar müdaxilə risklərini minimuma endirir və hər bir əməliyyatın rəqəmsal izini saxlayaraq tam hesabatlılıq təmin edir”. 

Bunu Operativ Media-ya Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.

Onun sözlərinə görə, operativlik baxımından bu agentlər nəhəng data bazalarının təhlilini saniyələr ərzində icra edərək dövlət xidmətlərinin 24/7 kəsintisiz işləməsinə şərait yaradır:

“Strateji qərarların dəqiq rəqəmlərə söykənməsi dövlət resurslarının daha optimal və hədəfliyönümlü bölüşdürülməsinə imkan verir.

Kibertəhlükəsizlik və data suverenliyi isə ən kritik sınaqdır. İdarəetmənin rəqəmsallaşması mərkəzi sistemləri kiber-hücumlar üçün hədəfə çevirdiyi üçün strateji məlumatların qorunması və vətəndaş məxfiliyinin təmini ən ümdə çağırışlardır”.

Əlaqəli Xəbərlər