Hərbi attaşelər HHQ-nin hərbi hissəsində olublar
Operativ Media
Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib və brifinq təqdim olunub.
Qeyd edək ki, tədbirdə 18 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net