DİN: Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Martın 16-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Digər xəbərlər