Menyu

Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib

Operativ Media
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.

Bu barədə Operativ Media-ya Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildirib.

Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər