Britaniyalı investorlar Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət edilib
Operativ Media
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirdib.
Operativ Media xəbər verir ki, bu barədə R.Nəbiyev öz "X" hesabında paylaşım edib.
Məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
"Böyük Britaniya investorlarını Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət etdik. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi apardıq", - nazir qeyd edib.