Menyu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müsabiqə elan edir

Operativ Media
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müsabiqə elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Agentlikdən Operativ Media-ya bildiriblər ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək, boyu 1,85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Qaradağ, Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək.

Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:


İştirak etmək istəyənlər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar idarəsinə göndərməlidirlər.

Yalnız həmin şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda qəbul edilməyəcək.

Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (+994 12) 435-45-39; (+994 12) 435-45-46.

Əlaqəli Xəbərlər