Menyu

"Liverpul"un fransalı hücumçusun dünya çempionatında iştirak etməyə bilər

Operativ Media
"Liverpul"un fransalı hücumçusun dünya çempionatında iştirak etməyə bilər

"Liverpul"un hücumçusu Uqo Ekitike Çempionlar Liqasının 1/4 final mərhələsinin "PSJ"yə qarşı keçirilən cavab oyununda ciddi zədə alıb.

Operativ Media xəbər verir ki, aprelin 14-də baş tutan qarşılaşmada "mersisaydlılar" öz meydanında Paris təmsilçisinə 0:2 hesabı ilə məğlub olaraq, iki oyunun nəticəsinə görə (0:4) turnirdəki çıxışını başa vurublar. Matçın 31-ci dəqiqəsində zədələnən Ekitike meydanı sərbəst tərk edə bilməyib və o, xərəklə kənarlaşdırılıb.

Nəşrin məlumatına görə, soyunub-geyinmə otağında aparılan ilkin tibbi yoxlanışlar futbolçunun axill vətərinin qırıldığını göstərib. Çərşənbə günü oyunçu daha geniş müayinədən keçəcək və zədənin dərəcəsi dəqiqləşəcək. Gözlənilir ki, Ekitike mövsümün qalan hissəsini və bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-nı qaçıracaq.

23 yaşlı hücumçu 2025/26 mövsümündə İngiltərə təmsilçisinin heyətində 45 matça çıxıb və 17 qol vurub.

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək. Fransa millisi "I" qrupunda Seneqal, İraq və Norveç yığmaları ilə mübarizə aparacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər