Menyu

Azərbaycan millisi ikinci oyunda da Qazaxıstana məğlub oldu

Operativ Media
Azərbaycan millisi ikinci oyunda da Qazaxıstana məğlub oldu
1 dəq oxu

Futzal üzrə Azərbaycan milli komandası bu gün Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq oyununa çıxıb.

Operativ Media xəbər verir ki, ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik edib. Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək edib.

Görüş Qazaxıstan millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Beynəlxalq yoldaşlıq oyunu

Qazaxıstan – Azərbaycan (2:2) 4:2

15 aprel. BS Arena. Saat 17:00

Hakimlər: Tanant Raymberniev, Timur Toktobaev, Erban Kurmamalıev

(Hakimlər Qırğızıstandandır)

Qollar: Azat Valiullin, 13:35, Albert Akbalıkov, 16:42, 28:26, Damir Kairbai, 32:22 // Ülvi Əliyev, 14:29, Ədalət Ələkbərov, 17:25

Əlaqəli Xəbərlər