Azərbaycan millisinin Andorra oyunu öncəsi mətbuat konfransı və məşqinin vaxtı açıqlanıb
Operativ Media
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyundan əvvəl təşkil olunacaq mətbuat konfransının və açıq məşqin vaxtı müəyyənləşib.
Operativ Media xəbər verir ki, milli komanda aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə üz-üzə gələcək. Qarşılaşmadan öncə, aprelin 17-də Azərbaycan millisinin oyunöncəsi tədbirləri baş tutacaq.
Belə ki, saat 17:15-də komandanın mətbuat konfransı keçiriləcək. Ardınca, saat 18:00-da yığmanın açıq məşqi təşkil olunacaq.