ABL: "Gəncə" "Ordu"ya, NTD "Neftçi"yə qarşı
Operativ Media
Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin oyunları davam edəcək.
Operativ Media xəbər verir ki, üçüncü oyun günündə iki cavab qarşılaşması keçiriləcək. İlk olaraq “Gəncə” komandası doğma meydanda “Ordu”nu qəbul edəcək. Günün ikinci oyununda isə NTD ilə “Neftçi” komandaları üz-üzə gələcəklər.
“Gəncə” – “Ordu” oyunu saat 14:00-da Gəncə şəhər İdman Sarayında baş tutacaq. Komandalar arasında keçirilmiş ilk görüş 108:106 hesabı ilə “Ordu”nun xeyrinə başa çatıb.
NTD – “Neftçi” qarşılaşması isə Saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. Bu komandalar arasında ilk oyunda NTD 97:94 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin daha iki cavab oyunu sabah keçiriləcək.