Menyu

Avropa Çempionatı: Azərbaycan cüdoçularından uğurlu start

Operativ Media
Avropa Çempionatı: Azərbaycan cüdoçularından uğurlu start

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

Operativ Media-nın verdiyi məlumata görə, qitə birinciliyinin ilk günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub.

60 kq

Yarışa birbaşa ikinci mərhələdən başlayan Balabəy Ağayev ilk qarşılaşmasında Andre Karlinoya (İtaliya) qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə Dilşot Xalmatovla (Ukrayna) qarşılaşacaq.

Əhməd Yusifov da startda azad olub. O, ilk görüşündə Çarli Ayra (İngiltərə) qalib gələrək adını 1/4 finala yazdırıb.

66 kq

Turan Bayramov startda Nikolas Kuntseyə (Almaniya) qalib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Elios Manzi (İtaliya) olacaq.

48 kq

Könül Əliyeva yarışa Ember Qersyesə (Niderland) qarşı qələbə ilə başlayıb. O, 1/8 finalda Laura Martines Abilenda (İspaniya) ilə üz-üzə gələcək.

Şəfəq Həmidova ilk görüşündə Erza Muminoviçi (Kosovo) məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Assunta Skutto (İtaliya) ilə güləşəcək.

52 kq

Gültac Məmmədəliyeva Karla Tavares Fernandesi (Lüksemburq) məğlub edərək 1/8 finala yüksəlib və burada Reka Pupp (Macarıstan) ilə qarşılaşacaq.

Leyla Əliyeva isə mübarizəyə birbaşa növbəti mərhələdən başlayacaq.

Əlaqəli Xəbərlər