Menyu

"Ayaks" "Real Madrid"in futbolçusu ilə maraqlanır

Operativ Media
"Ayaks" "Real Madrid"in futbolçusu ilə maraqlanır
1 dəq oxu

"Ayaks" "Real Madrid"in yarımmüdafiəçisi Dani Sebalyosla maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Matteo Moretto məlumat yayıb.

29 yaşlı ispaniyalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 22 oyuna çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.

"Transfermarkt" portalı Sebalyosun bazar dəyərini 8 milyon avro məbləğində qiymətləndirir. Qeyd edək ki, yarımmüdafiəçi 2017-ci ildə "Betis"dən "Real Madrid"ə transfer olunub.

Əlaqəli Xəbərlər