Menyu

AFFA-da klubların maliyyə menecerləri üçün seminar keçirilib

Operativ Media
AFFA-da klubların maliyyə menecerləri üçün seminar keçirilib

AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Operativ Media xəbər verir ki, tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.

Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib.

Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər