Menyu

Azərbaycan nümayəndəsi Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində iştirak edir

Operativ Media
Azərbaycan nümayəndəsi Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində iştirak edir

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində iştirak edir.

Bu barədə Operativ Media-ya AAF-dan məlumat verilib.

Gürcüstanın Batumi şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının növbəti konqresi keçirilir. Konqresdə ölkəmizi AAF-nin vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü Firdovsi Umudov təmsil edir. Əvvəlcə EWF-in prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Avropa Ağırlıqqaldırma Federasiyasında boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-in prezidenti Astrit Hasani, qurumun Baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər