Menyu

Avropa Çempionatı: Hidayət Heydərov gümüş medal qazandı

Operativ Media
Avropa Çempionatı: Hidayət Heydərov gümüş medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatında gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov həlledici görüşdə Gürcüstan idmançısı Laşa Şavdatuaşviliyə məğlub olub.

***

13:52

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatında finala yüksəlib.

Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov yarımfinalda Bilal Çiloğluna qalib gələrək karyerasında 6-cı dəfə qitə yarışının finalına vəsiqə qazanıb.

O, finalda Gürcüstan idmançısı Laşa Şavdatuaşvili ilə yarışacaq.

***

13:07

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatında yarımfinala yüksəlib.

Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov fransalı rəqibini ipponla mübarizədən kənarlaşdırıb və yarımfinalın iştirakçısı olub.

Hidayət Heydərov yarımfinalda Türkiyə idmançısı Bilal Çiloğlu ilə üz-üzə gələcək.

***

12:14

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatında 1/4 finala yüksəlib.

Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov kosovolu rəqibi Dardan Cenanı qızıl xal bölümündə yuko ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

***

11:29

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatına qələbə ilə başlayıb.

Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət 1/16 final mərhələsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparasa ipponla qalib gəlib.

Hidayət Heydərov 1/8 finalda Kosovo idmançısı Dardan Cena ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər