"Real Madrid"in müdafiəçisi David Alaba yayda klubu tərk edəcək.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 33 yaşlı avstriyalı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Hazırda o, digər klublarla danışıqlar aparmaqda sərbəstdir.
Alaba 2021-ci ilin yayından "Real"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 13 matça çıxsa da, məhsuldar fəaliyyəti ilə seçilməyib. Müdafiəçi daha əvvəl "Bavariya" və "Hoffenhaym" klublarının şərəfini qoruyub.