"Tottenhem" "Bornmut"un müdafiəçisini istəyir
Operativ Media
"Bornmut"un müdafiəçisi Markos Senesi karyerasını "Tottenhem"də davam etdirə bilər.
Operativ Media "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London klubu Premyer Liqada yerini qoruyacağı təqdirdə bu transfer reallaşa bilər. Həmçinin bildirilir ki, 28 yaşlı argentinalı müdafiəçiyə digər klublar da maraq göstərir.
Senesi 2022-ci ilin yayından "Bornmut"da çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net