Ana səhifə / İdman / Azərbaycan millisi Gürcüstana məğlub oldu Azərbaycan millisi Gürcüstana məğlub oldu 17.04.2026, 16:27 Operativ Media 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü məğlubiyyətini alıb.Operativ Media xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığmasına uduzub.Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.