Menyu

“İnter Mayami” baş məşqçi postu üçün Xavi və Qalyardonu nəzərdən keçirir

Operativ Media
“İnter Mayami” baş məşqçi postu üçün Xavi və Qalyardonu nəzərdən keçirir
1 dəq oxu

"İnter Mayami" baş məşqçi postuna Xavi və Marselo Qalyardonun namizədliyini nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu haqda "The Touchline" nəşri məlumat yayıb.

2025-ci ilin əvvəlindən komandaya rəhbərlik edən Xavyer Maskerano aprelin 14-də klubu tərk edib. Onun rəhbərliyi altında klub MLS Kubokunun qalibi olub.

Xavi 2021-ci ilin noyabrından "Barselona"nın baş məşqçisi vəzifəsində çalışıb. Klub 2024-cü il mayın 24-də 2023/24 mövsümü başa çatdıqdan sonra onunla yolların ayrıldığını elan edib. Qalyardo isə fevral ayında "River Pleyt"in baş məşqçisi postundan istefa verib.

Əlaqəli Xəbərlər