Menyu

Qurban Qurbanovdan sərt qərar - iki futbolçu əvəzedici heyətə göndərildi

Operativ Media
Qurban Qurbanovdan sərt qərar - iki futbolçu əvəzedici heyətə göndərildi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.

Operativ Media QOL.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib.

Etibarlı mənbə saytımıza bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub.

Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra qəbul edilib.

Onların sabah Premyer Liqanın 28-ci turunun "Sabah"a qarşı vacib matçında iştirakı sual altındadır.

Əlaqəli Xəbərlər