Avropa Çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur
Operativ Media
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 4 üzvü üç müxtəlif çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Operativ Media xəbər verir ki, 81 kq-da Zelim Tçkayev sloveniyalı Nase Herkoviçlə ukraynalı Vladislav Kolobov cütünün qalibi ilə, Ömər Rəcəbli isə monteneqrolu Yahya Nurkoviçlə rusiyalı Abdul-Kerim Tasuyev cütünün qalibi ilə üz-üzə gələcək, 90 kq-da Murad Fətiyev rumıniyalı Aleks Kretlə qarşılaşacaq.
Qadınlarda isə 70 kq çəki dərəcəsində Südabə Ağayeva israilli Maya Goşenlə mübarizə aparacaq.
Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da başlayacaq və yarışlar Judo TV ilə CBC Sport vasitəsilə canlı yayımlanacaq.