Menyu

Avropa Çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
Avropa Çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulur

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı başa çatacaq.

Operativ Media xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxacaq.

Kişilərin yarışında -100 kq çəki dərəcəsində 1/16 finalda Zelim Kotsoyev Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşacaq. +100 kq çəki dərəcəsində isə 1/8 final mərhələsində Kənan Nəsibov Fransa idmançısı Mateo Akiana Monqo ilə Almaniya təmsilçisi Erik Abramov cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında +78 kq çəki dərəcəsində 1/16 finalda Madina Kaisinova Rusiya təmsilçisi Elis Startseva ilə mübarizə aparacaq.
Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da başlayacaq. Yarışlar Judo TV və CBC Sport kanalları vasitəsilə canlı yayımlanacaq.

Əlaqəli Xəbərlər